Qarabağdakı separatçı-terrorçu rejimin qondarma “dövlət naziri”, milyarder Ruben Vardanyan Xankəndinin “İntibah” meydanından bütün erməniləri bu gün saat 14:00-da keçiriləcək mitinqdə iştiraka dəvət edib.
Hafta.az xəbər verir ki, News.am-ın yaydığı məlumata görə, o, bu barədə Xankəndindəki meydandan öz “Facebook” yazısında məlumat paylaşıb.
“Bu gün bazar günüdür, dünyanın bir hissəsi Milad bayramını qeyd edir. Mən Stepanakertin(Xankəndi-S.L.) baş meydanında dayanmışam və bu gün saat 14:00-da hamınızı ailələrinizlə bura gəlməyə çağırmaq istəyirəm. Çünki biz dünyaya mövcud olduğumuzu göstərməliyik. Biz birləşib deməliyik ki, dövlətimizi müdafiə edəcəyik, ləyaqətimizi qoruyacağıq, tariximizi, gələcəyimizi qoruyacağıq” -deyə Putinin milyarder “desantı” çərənləyib.
Xatırladaq ki, Vardanyan dekabrın 16-da ertəsi gün -ayın 17-ə təyin etdiyi mitinqi yetərincə məxluq toplaya bilməmək səbəbindən təxirə salmışdı. Onun sözlərinə görə, bu gün də Qarabağdakı ermənilər arasında mitinqə qoşulmaq istəməyənlər var...